Şəki Xan sarayında xəsarət alanların - Son durumu

HADİSƏ 14 iyl 2019, 18:34

Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanların son durumuna qaydınlıq gəlib.

 

Səhiyyə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, İlkin Məmmədov(ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara  Hasan sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Həsən (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı),  helikopterlə KTM-ə göndəriliblər. 

 

Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) Təcili Tibbi Yardım avtomobili ilə travmatologiya institutuna aparılması müzakirə olunur. Digər xəsarət alan Elxan Məmmədov (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir. 

 

Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək Ambulator müalicəyə buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top