Paraşütlə tullanan 10 yaşlı qız rekorda imza atdı - VİDEO

MARAQLI 14 iyl 2019, 19:46

Rusiyanın Yekaterinburq şəhər sakini Karolina Çörnıx paraşütlə tullanan ən gənc ekstremalçı kimi Rusiyanın Rekordlar Kitabına düşüb. 10 yaşlı qız təlimatçı ilə bərabər 2,5 min metr hündürlükdən tullanıb.

 

“Mənə ümumiyyətlə qorxulu deyildi! Üçə qədər sayıb tullanmaq lazım idi, amma biz artıq “iki” deyəndə tullandıq! Mən hətta gülürdüm, bizi kamera çəkirdi. İndi 4000 metrdən tullanmaq istəyirəm”, - deyə gənc rekordçu bildirib.

 

Qızın anası Yelenanın sözlərinə görə, paraşütlə tullanma Karolinanın arzusu idi. Ana qeyd edib ki, qızı indi Elbrus zirvəsini (5642 m) fəth etmək istəyir və artıq məşqlərə başlayıb.(qafqazinfo) 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top