Şəki Xan Sarayının həyətində olan çinarın budağı qırıldı - Yaralılar var (VİDEO)

HADİSƏ 14 iyl 2019, 13:12

Şəki Xan Sarayının həyətindəki çinarın iri budağı qırılıb.

 

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

 

Məlumata görə, Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.

 

Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qəzaya səbəb güclü küləyin olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib. Həmçinin paytaxt və regionlarda külək ağacları maşınların və evlərin üzərinə aşırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top