"Təlaşa ehtiyac yoxdur" - Nazir müavini bahalaşmadan danışdı

İQTİSADİYYAT 11 iyl 2019, 17:55

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur".

 

Demokrat.az  report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. 

 

O, bu barədə bəzi məhsulların qiymətinin artmasına münasibət bildirərkən danışıb. 

 

"Kənd təsərürfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitində asılı olaraq bahalaşır və yaxud ucuzlaşır", - deyə o qeyd edib. 

 

"Bu yaxınlarda dövlət kartof və soğanın ixracına məhdudiyyətlər tətbiq etdi. Zərurət yaranarsa, daxili bazarın tənzimlənməsi ilə bağlı bu kimi tədbirlər həyata keçiriləcək", - deyə İ.Quliyev əlavə edib. 

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top