"Sabahkı iclas ləğv oluna bilər" - Oqtay Əsədov

SİYASƏT 27 iyn 2019, 12:49

İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində parlamentin növbəti iclası keçirilir.

 

İki gün davam edəcək plenar iclasların gündəliyinə ümumilikdə 49 məsələ daxil edilib.

 

İlk məsələ 2018-ci il dövlət büdcəsinin icrası barədə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin üçüncü və sonuncu oxunuşu olub.

 

Qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadənin qısa məlumatı dinlənilib.

 

Sonra qanun layihəsi səsə qoyularaq üçüncü və sonuncu oxunuşda qəbul edilib.

 

Qanun layihəsi imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək.

 

Spiker Oqtay Əsədov bildirib ki, əgər qanun layihələrini bir gündə müzakirə etmək mümkün olsa, sabahkı iclas ləğv oluna bilər. (Oxu.Az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top