“Lenta.ru” saytı Azərbaycan haqda təxribat xarakterli məqaləyə görə üzr istədi - FOTO

SİYASƏT 25 iyn 2019, 00:18

Cari ilin 23 iyun tarixində “Lenta.ru” saytında dərc olunmuş Azərbaycan haqqında məqalə silinib.

 

Azərbaycanın Rusiyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Səfirlik Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

 

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top