Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - xəsarət alan var

HADİSƏ 24 iyn 2019, 21:40

Bu gün günorta saatlarında Şəkinin Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

 

Demokrat.az  Oxu.az-a istinadla xəbər verir ki, sahələrdə başlayan yanğın daha sonra yaxınlıqda olan 3 evə keçib.

 

Yanğın zamanı 33 yaşlı kənd sakini Tural Nəmişov yanıq xəsarətləri alaraq, Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 


Hadisə yerinə Şəki, Yevlax və Oğuz rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Yanğın söndürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top