Azərbaycanda saytlara haker hücumu olub? — Nazirlikdən AÇIQLAMA

HADİSƏ 24 iyn 2019, 18:25

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün bir neçə xəbər saytına girişdə problemlərin yaranmasına münasibət bildirib.


Demokrat.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova “Report”a bildirib ki, həmin saytlara haker hücumu olmayıb.


"Problem serverlərin həddindən çox yüklənməsi ilə bağlıdır. Gün ərzində saytlara daxilolmalar gözləniləndən çoxdur. Qısa zaman ərzində problem yaşamış saytlar fəaliyyətini bərpa edə bilib", - deyə o, qeyd edib. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top