Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

SİYASƏT 23 iyn 2019, 20:43

Monteneqronun Baş naziri Duşko Markoviç Azərbaycana rəsmi səfərə gəlib.

 

Demokrat.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top