Sabah Bakıda 36 dərəcə olacaq

HADİSƏ 23 iyn 2019, 17:53

İyunun 24-də respublika ərazisində gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Demokrat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
 

Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.
 

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 30-35 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)
 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 

Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
 

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)
 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 

Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top