Salyanda iki mərtbəli ev yandı — FOTOLAR

HADİSƏ 23 iyn 2019, 17:30

Bu gün günorta saatlarında Salyan rayonunun Kürqaraqaşlı kəndində fərdi yaşayış evində yanğın baş verib.


Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənd sakini Hüseyn Şamo oğlu Məmmədova məxsus evin ikinci mərtəbəsində başlayan yanğın nəticəsində evin damı və 3 otağı əşyaları ilə birlikdə tamamilə yanıb. 


Hadisə yerinə gəlmiş yanğınsöndürənlər yanğının evin birinci mərtəbəsinə keçməsinə imkan verməyiblər.


Yanğın nəticəsində xəsarət alan olmasa da, ev sahibinə xeyli ziyan dəyib. Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top