Səhiyyə Nazirliyindən "Megafun"dakı hadisə ilə bağlı AÇIQLAMA

HADİSƏ 22 iyn 2019, 23:44

Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

 

Səhiyyə Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində 53 yaşlı qadın, 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan sağ əlin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə aparılıb.

 

Məlumatda qeyd olunur ki, 7 nəfərə hadisə yerində yardım edilib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top