Yay gəldi, faciələr başladı: Bir gündə ən azı 4 ölü (VİDEO)

HADİSƏ 22 iyn 2019, 23:39

Rəvan və Ramal ailədə iki qardaş olub. Deyilənlərə görə, qardaşlar üzməyi bacarmadıqlarından elə bu faciə də yaşanıb.

 

Hadisə yerinə Kiçik Həcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar zamanı hər 2 qardaşın meyiti tapılaraq çıxarılıb.

 

Qobustanda da iki nəfər göldə boğularaq ölüb.Hadisə Qobustan rayonu Acıdərə adlanan ərazisində qeydə alınıb. Həmin ərazidə məskunlaşan Füzuli rayonundan olan məcburi köçkün, 18 yaşlı Mənsim İbadov və Şamaxı rayonu Təklə kənd sakini 15 yaşlı Fərid Əliyev göldə çimərkən ehtiyatsızlıq edib və hər ikisi suda boğlaraq ölüb. Suda axtarış aparılaraq meyitlər tapılıb və müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qobustan rayon şöbəsinə verilib.Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(xezerxeber)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top