Türkiyədəki çevrilişə cəhdin əsas fiqurlarına hökm oxundu

HADİSƏ 22 iyn 2019, 22:33

Türkiyədə baş verən 15 iyul hərbi çevrilişinə cəhddə təqsirləndirilən bir neçə mühüm şəxsin məhkəməsi başa çatıb.


Demokrat.az xəbər verir ki, Ankara 17-ci Ağır Cəza Məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargahının işğal edilməsi həmləsi ilə bağlı məhkəmə prosesini yekunlaşdırıb. 


Həmin dövrün Baş Qərargah rəisi Hulusi Akarın baş köməkçisi Orxan Yıkılkan 141 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası alıb.


O, “Yurdda sülh təşkilatı”nın üzvü olub. H. Akarın girov götürülməsində rol oynayıb.


Həmin dönəmdə 2-ci Baş Qərargah rəisi kimi çalışan Yaşar Gülərin şəxsi qələm müdiri və katibi 11 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.


Hazırda Milli Müdafiə naziri vəzifəsində çalışan Hulusi Akar ötən gün iştirak etdiyi tədbirlərin birində xainlərin türk ədaləti qarşısında layiqli cəza aldıqlarını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top