Yaponiyada 4 minə qədər əhali evaukasiya ediləcək

HADİSƏ 22 iyn 2019, 19:59

Yaponiya hökuməti Gunma əyalətinin Maebaşi şəhərində fasiləsiz yağan yağışlara görə təxminən 4 min əhalinin evaukasiya edilməsini xəbərdar edib.


Demokrat.az “RİA Novosti”ə istinadən xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb.


Məlumata görə, Yaponiya höküməti fasiləsiz yağan yağışların daşqın riskini artırdığını bildirib. Buna görə də əhalinin evaukasiyası üçün xəbərdarlıq edib. 


Güclü yağışlar yollarda gediş-gəlişi çətinləşdirib və şəhərdəki bir neçə körpünün çökməsinə səbəb olub. 


Yağışların hələ bir neçə gün davam edəcəyi gözlənilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top