Azərbaycanda it 81 yaşlı qadının qulağını qopardı — FOTO

HADİSƏ 22 iyn 2019, 19:32

Zaqatalada 81 yaşlı qadının qulağını it qoparıb.


Bu gün səhər saatlarında rayonun Əliabad qəsəbə sakini Pirdas İslam qızı İsrafilova heyvanları yemləyərkən ailəsinə məxsus itin hücumuna məruz qalıb. 


İt qadının sol qulağını dişləyərək qoparıb. Qadın Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 


Pirdas İsrafilovaya lazımı tibbi yardım göstərilib, qopmuş qulaq yeri cərrahi yolla tikilib.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top