Prezident nazir müavinlərini təltif etdi

HADİSƏ 22 iyn 2019, 17:50

Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı sərəncamla təltif olunan dövlət qulluqçuları arasında Ekologiya və Təbii Sərvətlər nazirinin iki müavini də var.


Demokrat.az xəbər verir ki, bunlar nazir müavinləri Firdovsi Əliyev və Rauf Hacıyevdir. 


Prezidentin imzaladığı dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam ilə F.Əliyev və R.Hacıyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top