İstanbul ermənisi Xocalıda uşaq baxçası inşa etdirdi — Yaxın günlərdə açılışı olacaq (FOTOLAR)

HADİSƏ 22 iyn 2019, 17:27

Dünən Argentinadan olan erməni diasporunun bir qrup üzvü işğal altında olan Xocalı rayonunun Şuşakənd kəndində inşa olunan uşaq baxçasının tikintisilə tanış olublar.  


Demokrat.az Ermənistan mətbuatına istinadən bildirir ki, ermənilər adını dəyişdirərək "Şoş" adlandırdıqları Şuşakənd kəndində uşaq baxçasının inşasına ötən ilin avqust ayında başlayıblar və tikinti artıq başa çatıb.


Uşaq baxçasının tikintisilə "Hayastan" fondu məşğul olub. Uşaq baxçasının tikintisinə vəsait ayıran şəxslırdın biri İstanbulda anadan olan Kirkor Şimşiroğlu adlı iş adamıdır.


Hazırda Argentinada yaşayan Türkiyə əsilli erməni iş adamı Kirkor Şimşiroğlu bildirib ki, dəfələrlə Dağlıq Qarabağa səfərlər edib. Bu şəxs Şuşakənd kəndindən başqa digər gəndlərdə də uşaq baxçalarının tikintisinə maliyyə yardımı ayırıb.


Məlumatda bildirilir ki, Şuşakənd kəndində tikilən uşaq baxçasının açılışı bu ilin avqust ayında baş tutacaq.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top