Azərbaycandan Çernobıla turlar təşkil olunur — RADİASİYA TƏHLÜKƏSİ

HADİSƏ 19 iyn 2019, 12:01

Azərbaycandan Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasına turlar təşkil olunur. 


Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanda fəaliyyət göstərən "Baku Holiday Travel" adlı turizm şirkəti tərəfindən elan verilib. 


Şirkətin saytında tur haqqında ətraflı məlumat yerləşdirilib. 

 

Image result for Чорнобильська турист


Qeyd edək ki, 1986-cı il 26 aprel tarixində Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda  baş vermiş nüvə qəzası nəticəsində 60 mindən çox insan həlak olub. 


Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri, bir BMT araşdırmasında 4 mindən, Greenpeace araşdırmasında isə göstərilən 200 minə qədər dəyişir.


Hazırda ərazi radiasiya təhlükəsi olan zona hesab olunur. 

 

 

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top