AYNA-nı taybatay açdıq — Elçin Şıxlı xəbər saytı açdı

MARAQLI 18 iyn 2019, 17:20

Hörmətli xanımlar və cənablar, əziz dostlar və “Ayna”sevərlər!


Bu gündən etibarən www.ayna.az yeni formatda – onlayn ictimai-siyasi sayt şəklində fəaliyyətə başlayır. Son üç ildə saytımızda, yalnız müəllif yazılarının yayımı həyata keçirilirdisə, bundan sonra ölkəmizdə və dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni, idman və digər sahələrə aid hadisələr operativ və obyektiv şəkildə oxuculara çatdırılacaq.


Bundan əlavə, müxtəlif mövzularda araşdırmalar, reportajlar, analitik yazılar, müsahibələr hazırlayacaq, cəmiyyəti qayğılandıran problemlərə işıq tutmağa, düzə və əyriyə AYNA olmağa çalışacağıq. Həmçinin, yaralı yerimiz olan Qarabağ mövzusunu xüsusi diqqət mərkəzində saxlayacağıq.


Bir çoxlarınız yəqin ki, “bəs müəllif yazıları necə, olmayacaqmı?” deyə soruşacaq. Olacaq, təbii ki, olacaq. İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Arif Əliyev və başqaları həmişəki tək sizi sanballı yazıları ilə düşündürməyə çalışacaqlar.


Dəstəyimiz isə oxucu sevgisi, sözümüz vətəndaşın sözü, adımız ANDımız olacaq.


Hörmətlə, Elçin Şıxlı

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top