"Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

HADİSƏ 18 iyn 2019, 14:25

Paytaxtın Yasamal rayonu ərazisindəki yaşıllıq zolağında yanğın başlayıb. 


Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Yasamal rayonu ərazisində yerləşən Nəriman Nərimanov heykəlinin yanındakı yaşıllıq zolağında baş verib. 


Yanğın baş verən ərazinin yaxınlığında "Alov qüllələri" və digər hündürmərtəbəli yaşayış binaları yerləşir. 


Yanğının yaşayış binalarına keçmə ehtimalı var. Yanğının təhlükəli yerdə çıxmasına  baxmayaraq, hazırda ərazidə heç bir yanğınsöndürmə texnikası və polis əməkdaşları yoxdur. 

 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top