Qaradağda dəhşətli qəza: Əcnəbi zavod işçiləri öldü - VİDEO + YENİLƏNİB

HADİSƏ 18 iyn 2019, 00:18

Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat-hadisəsi nəticəsində yaralanan əcnəbi vətəndaşların adları məlum olub.

 

Oxu.Az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılar 1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü) və Banqladeş vətəndaşları - 1983-cü il təvəllüdlü Məhəmməd Ərşad, 1979-cu il təvəllüdlü Zahangir Alam, 1987-ci il təvəllüdlü Ruhul Amin, 1990-cı il təvəllüdlü Hüseyn Muhasib, 1997-ci il təvəllüdlü Vetri Çelvin, 1977-ci il təvəllüdlü Məhəmməd Muxtar, 1979-cu il təvəllüdlü İslam Məcnundur.

 

“Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşması nəticəsində ümumilikdə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Digər yaralılar Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

 

20:11

Səhiyyə Nazirliyi Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Onlar 8-i Kliniki Tibbi Mərkəzə, 4-ü isə Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

 

19:52

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Oxu.Az xəbər verir ki, Qaradağ rayonunda “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.

 

Hadisə nəticəsində ölənlərin olduğu bildirilir. Yaralılar var.

 

Mikroavtobusda Hindistan vətəndaşları olub. Onlar Bakı Gəmiqayırma Zavodunun subkontraktor işçiləridir.

 

Qəzaya səbəb kimi “Ford”un “Toyota Prado”nun yoluna çıxdığı göstərilir.

<iframe src='https://player.baku.tv/embed/8966' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></iframe>

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top