"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün intibah dövrünü yaşayır" — İcra başçısı (FOTOLAR)

MARAQLI 17 iyn 2019, 12:18

Horadiz şəhəri Heydər Əliyev parkında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş geniş konsert tədbiri keçirilib. 


Demokrat.az xəbər verir ki, tədbirdə rayonun idarə müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları, N saylı hərbi hissənin əsgər zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak edib. 


Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. 


Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. 


Alı Alıyev deyib: “Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmişdir. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Vurğulanmışdır ki, bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top