Tanınmış müxalifətçi Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ — FOTOLAR

MARAQLI 15 iyn 2019, 22:27

Gələcək Azərbaycan Partiyasının sədri, tanınmış gənc fəal Ağasif Şakiroğlu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib. 


Demokrat.az xəbər verir ki, Ağasif Şakiroğlu Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı ​Həlimə Əliyevanın hüzr mərasimlərinin bütün xərclərinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qarşılanmasını, cənazənin Bakıdan Naxçıvana dövlət səviyyəsində aparılmasını və ailəsinə rəsmi olaraq dövlət adından başsağlığı verilməsini təqdir edib:


“Allah Həlimə xanıma qəni-qəni rəhmət eləsin. Həlimə xanım Əliyeva Elçibəy ailəsinə uyğun olaraq öz ölümü ilə belə Azərbaycanımıza xidmət etməyi, tövhə verməyi və siyasi proseslərdə bir nümunə gətirməyi bacardı...

 


Həlimə xanımın hüzr mərasimlərinin bütün xərclərinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qarşılanması, cənazənin Bakıdan Naxçıvana dövlət səviyyəsində aparılması, eyni zamanda ailəsinə rəsmi olaraq dövlət adından başsağlığı verilməsi hallarının şahidi olduq. Bütün bunlar təqdirə layiq və görülməsi vacib olan işlər idi ki, hansı ki, görüldü. Belə bir ənənənin Azərbaycan siyasətində formalaşması düşünürəm ki, olduqca yaxşı haldır. Bizlər bir-birimizi necə və hansı formada tənqid etməyimizdən, hansı siyasi qütblərdə təmsil olunmağımızdan asılı olmayaraq opanent kimi bir-birimizə dəyər də verməyi eyni zamanda bacarmalıyıq və görünür ki, bacardıq da!


Sözsüz ki, Azərbaycan Respublikasının birinci xanımının, Azərbaycan Respublikasının sabiq birinci xanımına qarşı atmış olduğu bu sayqı gedişi həm də bir mənəvi məsələ idi, eyni zamanda bir xanım həmrəyliyi idi... Hər halda bu insani gedişə və keçmiş həmkarına verilən bir dəyər idi hansı ki, təşəkkür etməyə dəyər. Bu səbəbdən də Elçibəy ailəsinə sayqısı olan biri kimi Elçibəy ailəsinə layiq olduğu dəyəri əskiy etmədiyinə görə Mehriban xanım Əliyevaya öz adımdan dərin təşəkkürümü ifadə edirəm!


Bütün hallarda yaranmış mənzərə həm sevindirici həm də kədərlidir. Sevindirici atılan addımlardırsa, üzücü də Həlimə xanımı itirməyimizdir...


Allah rəhmət eləsin...”.

 

 


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top