Məhkəmə Paşinyanla bağlı araşdırmaya başladı — Robert Koçaryanın şikayəti ƏSASINDA

DÜNYA 12 iyn 2019, 19:47

Ermənistanın Kanaker rayon məhkəməsinin hakimi Lilit Sarkisyan ölkənin keçmiş prezidenti Robet Koçaryanın baş naziri Nikol Paşinyana qarşı irəli sürdüyü iddia ərzəsini qəbul edərək araşdırılması barədə qərar qəbul edib.


Demokrat.az Ermənistan mətbuatına istinadən bildirir ki, keçmiş prezident Robet Koçaryan məhkəməyə müraciət edərək bildirib ki, Nikol Paşinyan ona böhtan atıb.


İddia ərzəsində bildirib ki, 17 sentyabr 2018-ci ildə Fransaya səfəri zamanı Nikol Paşinyanın verdiyi bəyanatda Koçaryana xitabən aşağıdakı ifadələri işlədib:


"Deyir - toxunulmazlığım var. Toxunulmazlıq nə deməkdir? Yəni insanların öldürülməsini təşkil edə bilirsiniz və sonra da "mən toxunulmazam" deyirsiniz? Harada yazılıdır?".(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top