Moskvanı kütləvi etiraz aksiyaları bürüdü — VİDEOLAR

DÜNYA 12 iyn 2019, 17:52

Moskvada jurnalist İvan Qolunovu dəstəkləmək üçün bu günə təyin olunmuş kütləvi etiraz aksiyası baş tutub. Polis aksiya iştirakçılarını saxlayıb. 

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, azı 94 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında “Meduza”, “Kommersant” nəşrlərinin, “Dojd” telekanalının, “Reuters” agentliyinin əməkdaşları və Rusiyanın “əsas müxalifətçisi” Aleksey Navalnı da var.

Saxlanılanlardan biri – “Vedomosti” qəzetinin müxbiri Vitali Petlevoy bildirib ki, Trubnaya meydanında yeməyə gedərkən tutulub. Saxlanılmanın səbəbi jurnalistə izah olunmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları marşın keçiriləcəyi Myasnitskaya küçəsinə gedən yolu bağlayılblar. Aksiya iştirakçıları başqa küçələrdən keçməyə çalışırlar.

“Qovorit Moskva” xəbər verir ki. yürüş iştirakçıları Moskva polisinin inzibati binasına tərəf gedərək, Qolunovun tutulmasında günahı olan polis əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

Rusiya paytaxtının polisi məlumat verib ki, saxlanılanlar barədə informasiya yoxdur.

Xatırladaq ki, “Meduza” nəşrinin əməkdaşı İvan Qolunov narkotiklərin yayılması ittihamı ilə saxlanılmışdı. İctimaiyyətin və jurnalistlərin misli görünməmiş təzyiqi altında məhkəmə jurnalisti ev dustaqlığına məhkum etmişdi. Lakin dünən Rusiyanın daxili işlər naziri çıxış edərək, Qolunovun işinə xitam verildiyini bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top