“İran heç vaxt müharibə başlatmayacaq” — Cavad Zərif

SİYASƏT 11 iyn 2019, 00:13

“İran heç vaxt müharibə başlatmayıb və başlatmayacaq”.

APA xarici KİV-ə istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif almaniyalı həmkarı Heyko Maasla Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.

O, ABŞ-ı Fələstinlə bağlı son sülh planı ilə Yaxın Şərqdə qeyri-stabillik yaratmaqda günahlandırıb.

İranın nüvə potensialı barədə suala gəldikdə isə o, diqqətə çatdırıb ki, buna İsrailin baş naziri Benyamn Netanyahu cavab verməlidir.

Maas onun Tehrana gəlişinin Almaniyanın İsrail ilə yaxın dostluğuna təsir etməyəcəyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top