Lənkəranda partlayış oldu — 2 nəfər yaralandı

HADİSƏ 09 iyn 2019, 21:46

Lənkəranda baş verən partlayış bir ailənin 2 üzvünü xəstəxanalıq edib.


Demokrat.az oxu.az-a istinadən bildirir ki, Girdəni kənd sakini, 40 yaşlı Hədiyyə Salman qızı Hadıyeva yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış baş verib. 


Yaxınları güman edir ki, mebelin yerini dəyişərkən ehtiyatsızlıqdan qaz sobasının açarına dəyən əşya onun açıq qalmasına səbəb olub. 


Qaz sızması partlayışla nəticələnib. Evdə yanğın baş verməsə də, H.Hadıyeva və oğlu, 9 yaşlı Yusif Hadıyev xəstəxanaya aparılıb.


Ana reanimasiya şöbəsinə yerləşdirilib. Uşaq isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top