Eldar Namazovun uşaqlığının ağacı — NOSTALJİ

MARAQLI 07 iyn 2019, 11:47

Politoloq Eldar Namazov uşaqlığının xatirəsiylə növbəti görüşündən yazıb. 


Demokrat.az duyğusal hisslərlə yazılan həmin xatirəni təqdim edir.
 

Bu ağac haqqında bir dəfə yazmışdım. Yenə el-obada oldum, yenə “ömür ağacıma” baş çəkdim...
 

Uşaqlıqdan qalan bir xatirə... Kəndimizin yanında uca, qoca və qəribə ağac ucalırdı. Ağacın gövdəsinin aşağı hissəsi demək olar ki, oyulmuş bir mağaraya bənzəyirdi. 5-6 yaşında olarkən uşaqlarla bərabər biz orada yağışdan gizlənər, ocaq qalayardıq. Hər dəfə də ağacı görüb “mağarasına” baxanda düşünürdüm ki, bu ağac bu gün-sabah qırılıb yıxılacaq...
 

İllər keçirdi və hər dəfə el-obaya baş çəkəndə soruşurdum: “Ağacım salamatdır?”


Deyərdilər: “Narahat olma. Salamatdır...”


Beləliklə, 55 il keçdi...
 

Bu bayram günlərində səfərə çıxdım, el-obaya, həmçinin də ağaca baş çəkdim. Bilmirəm, nədən isə bu ağacın “uçmasını” axirət günü kimi sanırdım. Lakin 55 il keçməsinə baxmayaraq, ağac yenə də öz yerində durmaqdadır.

 
Dədə Qorqudun hər boyun sonunda xeyir-duası var:


“Yerli uca dağların yıxılmasın! 

Kölgәlik iri ağacın kәsilmәsin! 

Allaһ verәn ümidin üzülmәsin!”

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top