Türkiyədə silsilə partlayışlar - Çox sayda ölən və yaralanan var / VİDEO

DÜNYA 06 iyn 2019, 17:33

Türkiyənin Kocaeli vilayətindəki 4 mərtəbəli tikiş fabrikində güclü yanğın baş verib.

 

Şiddətli partlayışlarla müşahidə olunan yanğın zamanı azı 4 nəfər həyatını itirib. 5 yaralı var. Hadisə zamanı binada azı 30 işçi olub. Onlardan bəziləri təxliyə olunub.

 

Binada bir neçə işçinin qala biləcəyi istisna edilmir. Əraziyə cəlb edilən yanğınsöndürənlər, alovun yayılmasının qarşısını alıb. Lakin hələlik yanğın tam söndürülməyib.

 

Hadisənin səbəbləri araşdırılır.(redaktor.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top