Ağsu sakini özünü körpüdən atıb

HADİSƏ 05 iyn 2019, 14:44

Ağsu rayon sakini intihara cəhd edib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini 57 yaşlı Əliyev Zakir Qaçay oğlu körpüsünə çıxaraq özünü körpüdən atıb.

Zakir Əliyev müxtəlif növ ağır xəsarətlər alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Xəstəxadan “Report”a verilən məlumata görə Zakir Əliyevin vəziyyəti ağır qiymətləndirilir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top