Donetskdə müsəlmanların bayram etdiyi məscid atəşə tutuldu — VİDEO

HADİSƏ 05 iyn 2019, 11:59

Donetskidə məscid atəşə tutulub.


Demokrat.az baku.ws-ə istinadən xəbər verir ki,  müsəlmanlar məsciddə Ramazan bayramını qeyd edən zaman Ukrayna silahlıları məscidə atəş açıblar.


Qondarma Donets Xalq Respublikası milisi tərəfindən verilən məlumatda bildirilir ki, silahlanmış şəxslər saat 7.30-da Donetskin şimalından atəş açıblar. Hədəf məscid olub.


İlkin məlumata görə, məscidin ərazisinə düşən qəlpələr atəşin minomyotdan açıldığını sübut edir.


Məsciddə bayramı qeyd edən çoxsaylı müsəlman olsa da, xəsarət alan olmayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top