“Bakı Fond Birjası”nın sədri vəzifəsindən azad edildi

İQTİSADİYYAT 04 iyn 2019, 20:42

"Bakı Fond Birjası” (BFB) QSC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.

 

BFB-dən verilən məlumata əsasən, yığıncaqda qurumun 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənib, müddəti bitdiyi üçün Audit Komitəsi yenidən formalaşdırılıb, eləcədə gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi təsdiq edilib.


Bundan başqa, Birjanın İdarə Heyətinin (İH) sədri Vüqar Namazov digər işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub. Onun vəzifəsinin icrası müvəqqəti olaraq Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İH-nin Eldar Abdullayevə həvalə edilib. 

 

 

Demokrat.Az

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top