"Vergi yoxlamaları azalıb" — Nazir müavini

İQTİSADİYYAT 04 iyn 2019, 14:12

2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 262 milyon manat artıb.


Demokrat.az-ın məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr olunmuş tədbir zamanı deyib.


Onun sözlərinə görə, dövlət büdcəsinə daxilolmalar 3 milyard manatdan çox olub ki, bu da proqnozlaşdırılan göstəricidən 286,5 milyon manat çoxdur.

 

Image result for sahib ələkbərov


Nazir müavini əlavə edib ki, səyyar yoxlamaların sayı azalıb:


“Beş ay ərzində cəmi 176 səyyar yoxlama keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə azdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top