“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” — Vahid Əhmədov

İQTİSADİYYAT 04 iyn 2019, 12:48

Azərbaycanda sahibkarlar banklardan kredit almaqda böyük əziyyətlər çəkir.


APA-nın məlumatına görə, bu barədə millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sahibkarlar gününə həsr olunan “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edərkən bildirib.


Onun sözlərinə görə, banklar sahibkarlarla çalışmağa maraqlı olmalıdır. Amma banklar tərəfindən kreditlər çox yüksək faizlə verilir.


“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur, real sektora kreditlərin verilməsindən isə çəkinir”, – deyə V. Əhmədov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top