Bakı Metropoliteni Rusiyadan qatarlar alacaq

SOSİAL 02 iyn 2019, 18:54
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan yeni qatarlar alacaq. Bu barədə Report-a Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, iyunun 4-də Bakı Metropoliteninə yenilənmiş metro vaqonlarının birinci heyətinin göndərilməsinə həsr edilən təntənəli tədbir olacaq. Mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Huseynov, Transmaşholdinq Səhmdar Cəmiyyətinin baş direktoru Kirill Lip və digər şəxslər iştirak edəcəklər. Qeyd edək ki, cari il yanvarın sonunda 81-765. B/766.B modelli 30 metro vaqonunun Azərbaycanın paytaxtına çatdırılması ilə bağlı müqavilə imzalanıb. Bu modeldən olan qatarlar Bakı metrosunda 2017-ci ildən uğurla istismar edilir. 2019-cu ilin sonuna kimi Bakı metrosu üçün altı qatar inşa ediləcək. Yeni modellər əvvəlkilərlə müqayisədə bir sıra üstünlüklərə malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top