"Abşeronu xəstəlikdən azad zona elan edəcəyik" - Qoşqar Təhməzli

SOSİAL 02 iyn 2019, 15:42

"Abşeronun xəstəliklərdən azad zona elan edilməsi üçün çalışırıq"

 

Bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. Agentlik sədri qeyd edib ki, bunun üçün hazırlıq tədbirləri həyata keçirilir:

 

“Müvafiq dövlət qurumları ilə birgə biz Abşeronu xəstəlikdən azad zona elan edəcəyik. 2019-2025-ci il Dövlət Proqramı çərçivəsində heyvanların identifikasiyasını və onun bütün mərhələlərdə izlənmə prosesini həyata keçirəcəyik”.

 

Q.Təhməzlinin sözlərinə görə, hazırda Abşeron ərazisində həm fərdi təsərrüfatların, həm də sahibkarlıq strukturlarında olan təsərrüfatların qeydiyyatı aparılır.

 

“Qeydiyyat prosesi bitdikdən sonra elan verəcəyik və müvafiq qaydada Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qoyduğu prosedur qaydalara əsasən, tədbirlərimizi həyata keçirməyə başlayacağıq”, - agentlik sədri bildirib. (Oxu.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top