“Əhali üçün işığın limiti ləğv edilsin” — Deputatdan TƏKLİF

SOSİAL 31 may 2019, 23:47

“Biz Milli Məclisdə qazın limitinin artırılması ilə bağlı məsələ qaldırmışdıq. Dövlət başçısının tapşırığından sonra qazın limiti artırıldı və bu, müsbət addımdır. Hesab edirəm ki, əhali üçün elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır”.


Demokrat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.


Deputat bildirib ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: 

 

Картинки по запросу Fazil Mustafa


“Əhali xüsusilə isti aylarda kondisionerdən istifadə edir və soyuq havalarda qaz olmayanda yenə elektrik enerjisinə üz tutur. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı istehlakçılar üçün limit aradan qaldırılmalıdır”.(Sputnik Azərbaycan)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top