Nazir pensiyalardan danışdı

SOSİAL 31 may 2019, 20:05

Azərbaycanda pensiya sisteminin inkişafına dair beş illik fəaliyyət planı hazırlanır. Bura beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq.

 

"Ölkə.Az"ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.


Onun sözlərinə görə, hazırlanan planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır:


"Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi və tətbiq olunma, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top