Bakıda İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olundu — FOTOLAR

MARAQLI 30 may 2019, 22:35

Bu gün axşam Azərbaycan Dövlət Flarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyilə əlaqədar mərasim keçirilib. 


Demokrat.az xəbər verir ki, tədbirdə İsmayıl Şıxlının ailə üzvləri və yaxınları ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, digər yüksək vəzifəli şəxslər və tanınmış ziyalılar iştirak ediblər. 


Tədbirdə çıxış edən İsmayıl Şıxlının oğlu, tanınmış jurnalist Elçin Şıxlı atasının 100 illik yubileyinin dövlət tərəfindən yüksək səviyyədə təşkilinə və bununla bağlı imzaladığı Sərəncama görə ölkə prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. 

 

Похожее изображение


Daha sonra o, atasının keçdiyi şərəfli ömür yolu və yaradıcılığından danışıb. 


Tədbirdə iştirak edən bir sıra tanınmış şəxslər İsmayıl Şıxlının həyat və yaradıcılığından bəhs ediblər. 


Qeyd olunub ki, İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb.

 

Картинки по запросу ismayıl şıxlının 100 illiyi


Xatırladaq ki, 2019-cu ilin mart ayında Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. 


Prezident İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 

 


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top