"Cəbhədəki bu təxribat həmsədrlərin xeyir-duası ilə baş verib" - EKSPERT

SİYASƏT 30 may 2019, 20:08

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.


Demokrat.Az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov Modern.az saytına deyib ki, Ermənistan daha bir azərbaycanlının ocağını sondürdü, evinə faciə yaşatdı.

 

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinə nifrət edir.

 

“Cəbhədəki bu təxribat onların bilavasitə xeyir-duası ilə baş verib. Şəhid olan əsgərimizin canı onların məsuliyyətsizliyi, passivliyi üzərindədir”.

Ekspert söyləyib ki, Ermənistanın danışıqlar gedən ərəfədə bu cür əclaflığı etməsi ATƏT-in Minsk qrupuna təhqirdir.

 

“Ümumiyyətlə bu təxribatların olması , bugünkü hadisə də artıq öz nöqtəsini vurmuş oldu. Mən onun tərəfdarıyam ki, danışıqlar prosesi təmamilə dayandırılsın.

 

Azərbaycan rəsmi olaraq elan etsin ki, yaxın vaxtlarda biz bu məsələ ilə bağlı öz qərarımızı verəcəyik. O qərar da yalnız Azərbaycan əsgərinin gücü hesabına olmalıdır. Necə ki, ordumuz 2016 cı ildə aprel döyüşlərində bütün dünyaya bunu bəyan etdi. Biz dünyaya mesaj ünvanladıq ki, 2-ci bir Ermənistan dövlətinin yaradılmasına  imkan vermərik”.

 

Ekspert söyləyib ki, danışıqlar prosesi uzandıqca Ermənistanın ayağı  yer alır və Ermənistanın baş naziri Nikol Azərbaycanın heysiyyatı ilə oynamış olur.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top