Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu

SOSİAL 30 may 2019, 16:47

Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

 

Demokrat.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev mövcud qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğu üçün daxili işlər orqanlarında xidmətdən xaric olunub.

 

Hazırda nazirlik tərəfindən idarədə daxili yoxlama aparılır.

 

Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi satıb. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top