Bakı aeroportunda turistlərə xüsusi hədiyyə — FOTOLAR

MARAQLI 29 may 2019, 17:45

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün azarkeşlər ölkəmizə gəlməyə davam edirlər.


Demokrat.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları isə Heydər Əliyev Hava Limanında turistləri hədiyyə ilə qarşılayırlar. 


DSX əməkdaşları xanım azarkeşlərə gül dəstələri, kişilərə isə üzərində “Tofiq Bəhramov - 1966” sözləri yazılmış brelok hədiyyə edirlər.


Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında Avropa Liqasının final matçı keçiriləcək.


Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top