"Azərbaycan çox təhlükəsiz və sülhsevər ölkədir" — Avropa Parlamentinin üzvü

SİYASƏT 29 may 2019, 15:59

"Mən Azərbaycana gəldiyimi deyəndə bir sıra insanlar burada təhlükəsizlik məsələsindən narahat idilər. Lakin öz gözümlə görəndən sonra bunu deyə bilərəm ki, Azərbaycan çox təhlükəsiz və sülhsevər ölkədir".

 

Demokrat.az xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Netan Gill Böyük Britaniyanın təhlükəsizlik məsələsinə görə öz vətəndaşlarına Azərbaycana səfər etməməsi ilə bağlı çağırışına münasibət bildirərkən deyib.
 

Onun sözlərinə görə, Azərbaycan sülhsevər, təhlükəsiz ölkə olduğundan burada çox turist var:
 

"Azərbaycanda turistlər üçün təhlükəsiz şərait var. Dünən Respublika Günü idi. Bakıda insanlar bulvarda bayramı gəzərək rahat şəkildə keçirirdilər. Böyük şəhərlərdə belə mənzərəni o qədər də çox görmək olmur”.
 

Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov isə qeyd edib ki, bu, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin tərkib hissədir.
 

O, Azərbaycanın təhlükəli ölkə olması ilə bağlı məlumatları da "gülünc" adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top