"AXC-nin ideyaları və irsi müasir dövlətçiliyimizin təməlini təşkil edir" - Mehriban Əliyeva

SİYASƏT 28 may 2019, 12:25

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva azərbaycanlıları 28 May – Respublika Günü münasibətilə təbrik edib.

 

Demokrat.Az  xəbər verir ki, təbrikdə deyilir: 

 

“Əziz həmvətənlər,

Sizi Respublika Günü münasibətilə təbrik edirəm! 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib.

 

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq.
Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm”.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top