“Zara” soyunub-geyinmə otaqlarına kamera qoyub?

SOSİAL 22 may 2019, 14:06

Bakıda "Zara” mağazasının soyunub-geyinmə kabinələri hissəsinə müşahidə kamerası quraşdırılıb.

 

Bakı sakini Xədicə Kərimova Baku.ws-ə şikayətində bildirib ki, ticarət mərkəzlərinin birində yerləşən "Zara” mağazasında paltarı yoxlamaq üçün kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb: "Axı nə səbəbə kimsə mənə baxmalıdır?


 
Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”.

 

Məsələ ilə bağlı "Zara” mağazasından bildirilib ki, şikayət haqda rəhbərliyə məlumat veriləcək.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top