Nazir müavini "Diqlas"dakı 460 sahibkarın problemi ilə bağlı açıqlama verdi

SOSİAL 20 may 2019, 15:27

“İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi vasitəsilə “Dilqas” Ticarət Mərkəzində yanğından əziyyət çəkmiş 460 sahibkarın problemi həll edilib”.

 

Demokrat.Az "Report"-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən "Kiçik və orta biznesin İnkişafında ictimai şuraların rolu” mövzusunda forumda bildirib.

 

Xatırladaq ki, martın 26-da baş vermiş hadisə nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top