Heydər Əliyev parkında III beynəlxalq etno caz festivalı — VİDEO

MARAQLI 18 may 2019, 15:13

Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında 3-cü beynəlxalq etno caz festivalına start verilib.


Ulu Öndərin xatirəsinə həsr olunmş festivalda Azərbaycanla yanaşı Ukraynanın tanınmış cazmenləri iştirak edir.


Festival 2017-ci ildən başlayaraq Azərbaycanın Ukraynadakı səfirliyinin və Kiyev şəhər meriyasının təşəbbüsü ilə keçirilir.


Tədbir ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına öz töhfəsini verməklə yanaşı, milli musiqi mədəniyyətimizin təbliğ olunmasında müstəsna rol oynayır.


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ldönümünə həsr olunmuş Musiqi gecəsində mahir piano ifaçısı Etibar Əsədlinin,tannmış tarzən Şəhriyar İmanovun,o cümlədən, Ukraynanın məşhur Z-Band qrupunun təqdim etdikləri caz kompazisyaları tədbirə qatılanlara duyğulu anlar bəxş etdi .


Azərbaycan səfirliyi Kiyev şəhrində etno caz festivalını təşkil etməklə gözəl bir ənənənin bünövrəsini qoyub.


Bu gün istedadlı Azərbaycan və Ukrayna cazmenlərinin verdiyi konsert yüksək tamaşaçı rəğbətini qazandı. Həqiqətəndə bu gün əsl bayramdır. O bayram ki, bunu böyük sevgi ilə istər Azərbaycanda, istərsədə, Ukraynada Heydər Əliyev kimi dahi bir şəxsiyyəti xatırlayan və onun dühası qarşısında baş əyən hər bir kəs qeyd edir.


Ukryananın mədəniyyət və incəsənət xadimlərinin, xarici ölkələrin Ukraynadakı səfirlərinin, yerli sakinlərin və media təmsilçilərinin böyük zövqlə dinlədikləri musiqi gecəsi, Azərbaycanla Ukraynanın növbəti dostluq bayramına çevrildi.


Festivalda ifa olunan həzin musiqilər Ukraynanın caz həvəskarlarına xoş və yadda qalan anlar yaşatdı.


Tamaşaçıların böyük rəğbətini qazanan festivala gələn ildən Avropanın və dünyanın bir sıra ölkələrindən tanınmış cazmenlərin qatılacağıda gözlənilir.

 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top