"Brüsseldə İlham Əliyev şəxsiyyətinə göstərilən hörmət və ehtiram bizlərə qürur hissləri yaşatdı" — Bilal Dündar

MARAQLI 17 may 2019, 12:48

"Prezident İlham Əliyev Türk dünyasında böyük nüfuz sahibi olan görkəmli dövlət xadimidir. Türk birliyinin inkişafında onun müstəsna xidmətləri var". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. 


Ötən il Türkiyənin tanınmış ziyalıları, 3 200 vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatı tərəfindən "İlin dövlət adamı" seçildiyini xatırladan Bilal Dündar deyib ki, Türkiyə ictimaiyyəti İlham Əliyevlə nüfuzlu şəxsiyyət kimi qürur duyur:


"Bizim cənab İlham Əliyevə dəstəyimiz qəti və daimidir. Cənab Prezident İlham Əliyev ötən il Türkiyədə "İlin dövlət adamı" seçildi. Biz bundan böyük qürur hissi keçiririk. 


Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev yürütdüyü siyasətlə Azərbaycanı yüksək inkişaf yoluna çıxarıb. Bu siyasət bu gün də uğurla davam etdirilir. Bütün dünya şahiddir ki, Azərbaycanda xalqla Prezident arasında çox möhkəm birlik və güclü etimad mövcuddur. Bu səbəbdən də Azərbaycan xalqının mütləq əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyir, hər zaman onun yanında yer alır. Təbii ki, bütün bunlar qardaş Türkiyə xalqını çox sevindirir və məmnun edir. Biz güclü və sabit Azərbaycanın olmasını hər zaman arzu etmişik və bundan sonra da belə davam edəcək". 

 

Görüntünün olası içeriği: 2 kişi, takım elbise


Federasiya rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanda olduğu kimi, beynəlxalq aləmdə də nüfuzlu dövlət başçısı kimi tanınır:


"Cənab İlham Əliyev səfər etdiyi hər bir xarici ölkədə böyük hörmətlə qarşılanır. Sonuncu dəfə biz bunu mayın 13-də Brüsseldə keçirdiyi görüşlər zamanı bir daha müşahidə etdik. Avropanın mərkəzi olan Brüsseldə cənab İlham Əliyev şəxsiyyətinə göstərilən hörmət və ehtiram bir türk kimi hər birimizə qürur hissləri yaşatdı. Cənab İlham Əliyevin yüksək idarəçilik təcrübəsi və diplomatiyası insanları heyran etməyə bilməz. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq cənab İlham Əliyevin siyasətini hər zaman dəstəkləyirik, onun xalqın rifahı üçün atdığı addımlarla qürur duyuruq". 


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top