Həmyerlimizin yanacaqdaşıyan avtomobili Türkiyədə partladı

HADİSƏ 16 may 2019, 22:21

Türkiyə ərazisində Azərbaycan vətəndaşına məxsus yük avtomobilində partlayış baş verib. Yanacaq daşıyan avtomobil Dilucu gömrük keçid məntəqəsindən Naxçıvan Muxtar Respublikası ərazisinə keçərkən partlayıb.

 

Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev AZƏRTAC-a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Faktla bağlı təhqiqat aparılır.

 

Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top